ABŞ-ın keçmiş prezidenti Barak Obama Amerika demokratiyasının zəifləməsi və millətçiliyin artması ilə xəbərdarlıq edib.
ONNmedia-nın xəbərinə görə, onun sözlərini “Crain’s Chicago Bussiness” nəşri sitat gətirir.
“Bu 1930-cu illərdə Almaniyada baş verən hadisələri xatırladır. Veymar Respublikasında demokratiya, çoxəsrlik mədəni və elmi nailiyyətlərə baxmayaraq, Adolf Hitler hər şeyə son qoydu” – ABŞ-ın 44-cü prezidenti əlavə edib.
Obama xatırladıb ki, Üçüncü Reyxin hakimiyyəti zamanı 60 milyon insan ölüb.
“Siz buna diqqət yetirməlisiniz”, – sabiq prezident deyib.
“Crain’s Chicago Bussiness” nəşri ehtimal edir ki, Omaba bu sözləri Donald Tramp və onun administrasiyasına ünvanlayıb.