Almaniya vətəndaşları Rusiyaya etibar edir

ONN media BİLD tabloidində dərc olun məlumata əsasən xəbər verir ki, ARD-Deutschland-Trend tərəfindən keçirilən Almaniya vətəndaşları arasında aparılan sorğuya görə Almaniya vətəndaşları ABŞ-dan çox Rusiyaya etibar etdiklərini  bildiriblər.

Məlumatda bildirilir ki, sorğuda 1504 nəfər iştirak edib. Sorğuda 1504 nəfər iştirak edib. Onların 28 faizi Rusiyaya, yalnız 25 faizi ABŞ-a etibar etdiklərini bildirib. BİLD yazır ki, bu, Vaşinqtonun öz etibarını sürətlə itirdiyini göstərir. 2008-ci ildə almanların 80 faizi hesab edirdi ki, amerikalı tərəfdaşlara bel bağlamaq olar. 2013-cü ildə bu fikirdə olanların sayı 60 faizə enmişdi. Almaniya vətəndaşlarının ABŞ-a indiki münasibətini isə bir çox cəhətdən Prezident Donald Trampın siyasəti diktə edir.