Türkiyənin baş naziri Binali Yıldırım Naxçıvana səfər edib.
ONN media xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
Səfər çərçivəsində Binali Yıldırım Heydər Əliyevin abidəsi önünə çələng qoyub. V.Talıbov və B.Yıldırım arasında görüşdən sonra qonağın şərəfinə şam yeməyi veriləcək. Bu, son doqquz il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir.