Terror aktının qarşısı alındı- 2 POLİS ÖLDÜ

Misirin paytaxtı Qahirədə terror aktının qarşısını almağa çalışarkən iki polis əməkdaşı həlak olub.

ONN media xəbər verir ki, silahlı şəxslər kilsəyə hücum etməyə cəhd göstərib.

Hücum edənlərdən biri zərərsizləşdirilib. Hazırda ikinci silahlının axtarışları aparılır.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.