İsrail polisi və fələstinlilər arasında qarşıdurma- 173 YARALI

Bu gün İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb

ONN media xəbər verir ki, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb.

İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və “Fəth” hərəkatlarının çağırışı ilə keçirilir.

Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır.  Qeyd edək ki,  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.