Türkiyənin müdafiə naziri: “Afrin əməliyyatı keçiriləcək”

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.

ONN media apa-ya istinadən xəbər verir ki, bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".  

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib.