Hər kəsi aldatdılar-Məşhur cütlüyün ayrılıq oyunu

Bir müddətdir boşanma xəbərləri ilə gündəmdən düşməyən məşhur türkiyəli cütlük Mustafa və Emine Sandal eyni anda albom çıxarır.

Belə ki, M.Sandal yeni albomunda yer alan “Aşk Kovulmaz” adlı mahnını izləyiciləri üçün paylaşıb. Müğənni həmin paylaşımına həyat yoldaşı E.Sandalı da işarələyib.

E.Sandal isə düz bir saatdan sonra Serbiyada çıxacaq yeni mahnısını izləyicilərin ixtiyarına verəcəyini deyib.

Bunu görən izləyicilər isə cütlüyün yeni mahnıları üçün oyun oynadıqlarını qeyd edib.

Onlar belə reklamların keçmişdə qaldığını söyləyiblər.

ONN media