Çexiya prezidenti məlum oldu

Şənbə günü Çexiyada keçirilən prezident seçkilərinin II turunun ilkin nəticələrinə görə, Miloş Zeman yenidən ölkə rəhbəri seçilib.

ONN media xəbər verir ki, Çexiya Statistika İdarəsi tərəfindən səslərin 86,86 faizinin hesablanmasından sonra Zeman seçicilərin 52,94 faizinin səsini toplayıb.

Onun rəqibi – Çexiya Elmlər Akademiyasının sabiq rəhbəri İrji Draqoş səslərin 45,07 faizini toplamaqdadır.