Sumqayıtda dəhşətli yanğın baş verib

Sumqayıt şəhərində aptekin anbarında yanğın baş verib.

ONN medianın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 62 kvadrat metr olan aptekin anbarının yanar konstruksiyaları və içərisində olan ləvazimatlar 30 kvadrat metr sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Aptek yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​