Rusiya bir neçə yerə parçalanacaq… – Rus yazıçı

Rusiyanı SSRİ-nin taleyi gözləyir.

ONN media xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində rusiyalı yazar Vladimir Voynoviç deyib.

“SSRİ-nin başına gələnlərin Rusiyanın da başına gəlmək ehtimalı var. O, bir neçə yerə parçalanacaq və o parçalardan müəyyən qismi Ukrayna kimi ondan uzaqlaşmağa çalışacaq.

Rusiya artıq Stalin dövrünə geri dönür. Zamanla bu da olacaq, amma keçəcək. Bundan sonra həmin dövrə tam yekun vurulacaq. Ukrayna Avropaya gedən yolu tutub. Ümid edirəm ki, Rusiya da nə zamansa bu yolu tutacaq”, – deyə o bildirib.(axar.az)