“Azərsu” ASC-nin idarələrinin ünvanı dəyişildi

ONN media "Azərsu" ASC -nin saytına istinadən xəbər verir ki, “Azərsu” ASC-nin Yasamal və Nəsimi rayon sukanal idarələrinin ünvanı dəyişmişdir. Hazırda bu idarələr Bakı şəhəri Moskva prospekti, 73 ünvanında fəaliyyət göstərir. Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət edə bilərlər.