Millimizin rəqibi məlum oldu

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. 

ONN media xəbər verir ki, millimiz iyunun 9-da səfərdə Latviya yığması ilə qarşılaşacaq. 

Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı daha sonra bilinəcək.

Xatırladaq ki, yığmamız martın 27-də Makedoniya ilə Antalyada yoxlama oyunu keçirəcək.