Bakıda qəza: yük maşını ofisə girdi – FOTO
Bakıda yük avtomobili ofisə girib.
APA-nın xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shachman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.
Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.