ONN İnformasiya Agentliyi

Dünya bunlardan imtina edir

Dünya bunlardan imtina edir
19 Fevral 2018 - 16:34

Britaniya xəbər yayım şirkəti "BBC” 2020-ci ilə qədər plastik qab və butulkaların qurum ərazisində istifadəsinə qadağa qoyacaq.

ONN media xəbər verir ki, qərara "BBC”də yayımlanan "Blue Planet II” sənədli filmi səbəb olub. Filmdə plastik qab və butulkaların təbiətə və ekologiyaya ciddi zərərlərindən bəhs edilir. Xüsusilə dəniz və su hövzələrində canlıların məhv olmasına gətirib çıxarır.

"BBC”nin baş direktoru Tony Hall mətbuata açıqlamasında deyib ki, sənədli filmdən sonra plastik qabların təbiətə zərərini görəndə heyrətə gəlib. Hazırda şirkət ərazisində əməkdaşlar və ziyarətçilər tərəfindən illik 2 milyona yaxın plastik qab və butulkalardan istifadə olunur. Bu ildən başlayaraq 2020-ci ilin sonunadək birdəfəyə məxsus istifadə üçün nəzərdə tutulan plastik qablara tamamilə qadağa qoyulacaq.

Qeyd edək ki, bu tip qabların istifadəsinin dayandırılması üçün atılan addımlara Britaniya Kraliçası və Şotlandiya Parlamenti də dəstək verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png