ONN İnformasiya Agentliyi

Qəzəlin ustadı-Əliağa Vahid

Qəzəlin ustadı-Əliağa Vahid
19 Fevral 2018 - 17:00

ONN media xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbdə Əliağa Vahidin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi

 Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 nömrəli məktəbdə Əliağa Vahidin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçiləri Ülviyyə Rufullayeva və Ceyhun Abbasov, Əməkdar İncəsənət Xadimi Aqil Məmmədov, Yazıçılar Birliyinin üzvü Arif Buzovnalı, “Oriqami” Uşaq və Yeniyetmələr ictimai birliyinin sədri Namiq Nəcəfov,  gənc xanəndə  Hüseyn Məlikov, 293 nömrəli məktəbin direktor, şagird və müəllim kollektivi iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan Ə.Vahid adına 293 nömrəli məktəbin direktoru bildirdi ki, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan, dahi Füzulini özünün böyük ustadı adlandıran Vahid sevilərək dillər əzbərinə çevrilib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edərək ilk şeirlərini yazan Əliağa Vahid Azərbaycan ədəbi mühitinə misilsiz töhfələr bəxş etmişdir.
    Həmçinin bildirildi ki, qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilən Əliağa Vahid vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
   Daha sonra məktəb şagirdlərinin təqdimatında qəzəllər, dəvət olunmuş xanəndələrin ifasında musiqilər səsləndirildi.

 

əvvəlki

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png