ONN İnformasiya Agentliyi

Parlamentin deputatı saxlanılıb

Parlamentin deputatı saxlanılıb
19 Fevral 2018 - 17:03

Qazaxıstanda Qırğızıstan parlamentinin deputatı saxlanılıb.

ONN media-nın APA-ya istinadən verdiyi xəbərə görə, 15-16 fevral tarixlərində Almata, Jambıl və Cənubi Qazaxıstan vilayətləri ərazisində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı gömrük işçiləri, brokerlər, vasitəçilər, kriminal dairələrin və hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla, 29 nəfər saxlanılıb. Onların arasında Qırğızıstan parlamentinin deputatı Asılbekulu Damirbek və daha üç Qırğızıstan vətəndaşı da var.

A.Demirbek Qırğızıstan parlamentinin "Qırğızıstan" fraksiyasının üzvüdür. Fraksiyanın katibliyindən bildirilib ki, hadisə onlar üçün gözlənilməz olub: "Məlumat var ki, deputatın bu işlərlə əlaqəsi yoxdur. Biz inanırıq ki, məsələ Qazaxıstanın aidiyyəti orqanları tərəfindən qanun çərçivəsində, Qırğızıstan vətəndaşlarının hüquqları pozulmadan araşdırılacaq". 

Qeyd edək ki, əməliyyatda məqsəd sərhəd bölgələrində qaçaqmalçılıqla məşğul olan mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png