Kıvanç Bakıya gəlmək istəmədi

Bu gün türkiyəli aktyor Kıvanç Tatlıtuğun rol aldığı “Hadi be oğlum” filminin Bakıda nümayişi başlayır.

ONN media xəbər verir ki, ekran işinin paytaxtımızda qala gecəsi nəzərdə tutulurdu.

Nizami Kino Mərkəzində keçirilməsi nəzərdə tutulan qala gecəsi təxirə salınıb. Bunun səbəbi isə Kıvanç Tatlıtuğun Bakıya gəlməkdən imtina etməsi olub.Təşkilatçılar onun işinin çox olduğunu bəhanə gətiriblər. Belə ki, film qala gecəsi olmadan nümayiş etdiriləcək.