ONN İnformasiya Agentliyi

Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
22 Fevral 2018 - 11:29

ONN media  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir. 

Bakıda və Abşeron yarımadasında  fevralın 22-də hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq  küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9,  Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png