ONN İnformasiya Agentliyi

Müəllimlər silahla təmin oluna bilər

Müəllimlər silahla təmin oluna bilər
22 Fevral 2018 - 11:38

ABŞ-da müəllimlər silahla təmin oluna bilər.

ONN media-nın verdiyi xəbərə görə, belə bir təşəbbüslə ABŞ prezidenti Donald Tramp çıxış edib.

Bu yaxınlarda Florida ştatında silahlı insident yaşanan məktəbə gedən D. Tramp müəllimlərin silah verilməsinin vacibliyini vurğulayıb. O deyib ki, müəllimlərə silah gəzdirmək üçün imkan yaradılmalıdır.

Prezidentin sözlərinə görə, hakimiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirəcək.

“Şagirdləri xilas edən müəllim silahlı olsaydı, daha çox uçaq xilas edə bilərdi, həm də özü sağ qalardı. Hadisəni törədən şəxs müəllimlərin silahlı olduğunu bilsəydi, bu cür addıma cəhd etməzdi”.
Xatırladaq ki, ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o, daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png