Yol qəzası can aldı

ONN media xəbər verir ki, Nardaranda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.