Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb.

ONN media-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar və ya 0,48% ucuzlaşaraq 62,71 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar və ya 0,60% azalaraq 66,23 dollar təşkil edib.