Deputatlar arasında əlbəyaxa dava düşdü – VİDEO

Ukraynada deputatlar arasında dava olub.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, davaya torpaqların icarəyə verilməsi ilə bağlı qanunun qəbul edilməsi səbəb olub. Bir qrup deputat qərarın əleyhinə çıxıb. Nəticədə yeni qanunu dəstəkləyənlərlə etirazçılar arasında əlbəyaxa dava düşüb.