Aktyorun yeni iş yeri məlum oldu

Xəbər verdiyimiz kimi, əməkdar artist Əkbər Əlizadə “Space”dəki işindən uzaqlaşıb.

ONN media-nın məlumatına görə, aktyor xəstə olduğu üçün işdən getdiyini, bir müddət heç yerdə çalışmayacağını bildirmişdi.

Bir müddət əvvəl isə Əkbər ATV-də yenidən işə başladığını xəbər verib. O, bu gün Lalə Azərtaşın “ATV səhər” proqramında aparıcı kimi efirə çıxır. 

Qeyd edək ki, Əkbər 9 il "Space"də "Hər səhər" verilişinə aparıcılıq edib.