ONN İnformasiya Agentliyi

Kənd Təsərrüfatı Nazirliyi ilə Elmin İnkişaf Fondu arasında vacib protokol imzalandı

Kənd Təsərrüfatı Nazirliyi ilə Elmin İnkişaf Fondu arasında vacib protokol imzalandı
06 Mart 2018 - 13:24

ONN media xəbər verir ki, mart ayının 6-sı Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevlə görüşüb.

Nazir qonağı səmimi salamlayaraq fondla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Ölkə Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq çəltikçilik, çayçılıq və sitrus meyvəçiliyinin inkişafı sahəsində qəbul edilmiş Dövlət Proqramlarında aidiyyəti tədbirlərin həyata keçirilməsində Elmin İnkişafı Fondu icraçılardan biri kimi müəyyən edilmişdir.

Nazir son vaxtlar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş Dövlət Proqramları, kənd təsərrüfatının ənənəvi sahələri, o cümlədən çətikçilik, çayçılıq, sitrus meyvəçiliyi, baramaçılıq üzrə tədqiqatların aparılmasını, yüksək ixtisaslı elmi kadrların hazırlanmasını, alimlərin, bacarıqlı gənc tədqiqatçıların, mütəxəsislərin aqrar elm sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsini məqsədəuyğun hesab edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi Fondun çoxşaxəli fəaliyyəti barədə məlumat verərək aqrar sahə üzrə tədqiqatların aparılması üçün Fond tərəfindən daim dəstək veriləcəyini diqqətə çatdırıb. Imzalanacaq Protokolun hüquqi müstəvidə aqrar sahədə tədqiqatlar üzrə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini bildirib. Növbəti mərhələdə Cənub və Gəncə-Qazax bölgələrində birgə konfrans və simpoziumların keçirilməsini məqsədəuyğun hesab edib.

Nazir Heydər Əsədov nazirliyin tabeliyində fəaliyyət göstərən Elmi-tədqiqat İnstitutlarına prioritet istiqamətləri müəyyənləşdirməklə elmi-tədqiqat proqramlarının, layihələrin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsi üzrə təkliflərin hazırlanaraq təqdim olunması barədə tapşırıq və tövsiyələrini verib.

Görüşün sonunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında Əməkdaşlıq Protokolu imzalanıb. Protokolda əməkdaşlığın əsas istiqamətləri – birgə xüsusi Qrant müsabiqələrinin keçirilməsi, elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, alim və mütəxəssislərin qrant müsabiqələrində iştirakının stimullaşdırılması məqsədi ilə təlim və seminarların (o cümlədən regionlarda) keçirilməsi, müvafiq məsləhətlərin verilməsi, elmi-tədqiqat işlərinin nəticəliliyinin və  səmərəliliyinin artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi, aqrar elmlərin inkişafı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, habelə tərəflərin beynəlxalq elmi və elmi-təşkilati fəaliyyətində qarşılıqlı dəstəyin göstərilməsi məsələri öz əksini tapıb. Həmçinin Fond Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Dövlət Proqramları üzrə çəltik istehsalı və emalı sahəsində elmi-texniki nailiyyətlərin yayılması, çayçılıqla və sitrusçuluqla məşğul olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsində də yaxından iştirak edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən nəşr olunan kitablar Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png