ONN İnformasiya Agentliyi

Türkiyə prezidenti ABŞ-ın təhdidinə münasibət bildirdi

Türkiyə prezidenti ABŞ-ın təhdidinə münasibət bildirdi
06 Mart 2018 - 13:49

“Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. ABŞ-ın da Suriyada seçimi səhv olmasaydı, bu gün reallıq fərqli olardı”.

ONN media-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan bu gün AKP-nin qrup toplantısında deyib.

R. T. Ərdoğan bildirib ki, Türkiyənin Rusiya və İranla üst-üstə düşən və düşməyən maraqları var: “Türkiyənin terror təşkilatları ilə mübarizəsini, S-400 almasını tənqid edənlər özlərinə baxsınlar. Bu gün Yunanıstanın S-300-ləri var, Rusiyadan alıb, buna səs çıxarmırlar. Ancaq Türkiyənin Rusiyadan S-400 alması ilə bağlı ABŞ ölkəmizə sanksiya tətbiq edə biləcəyini bəyan edir. Bu, ənənəvi yanlış yanaşmadır və Türkiyə üçün keçərli deyil”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png