ONN İnformasiya Agentliyi

Berdiməhəmmədov Azərbaycan prezidentinə məktub göndərib

Berdiməhəmmədov Azərbaycan prezidentinə məktub göndərib
06 Mart 2018 - 15:52

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

ONN media-nın APA-ya istinadən verdiyi məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı və xeyli insanın xəsarət alması ilə nəticələnmiş yanğınla əlaqədar səmimi başsağlığımı qəbul edin. Bu çətin anda Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan xahiş edirəm, həlak olanların bütün doğmalarına və yaxınlarına onların kədərinə şərik olduğumu və səbir dilədiyimi, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırasınız”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png