“SOCAR”-ın işçilərinə şad xəbər

SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

ONN media xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb.

“Bu bayram 51 minə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 manat məbləğində mükafat təyin olunub”, – deyə məlumatda qeyd olunur.