Təyyarə qəzası oldu-ÖLƏNLƏR VAR

ONN media xəbər verir ki, İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb.

Agentlik təyyarədə 11 nəfər olduğunu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.