ONN İnformasiya Agentliyi

70 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

70 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb
12 Mart 2018 - 13:55

Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.

ONN media APA-ya istindən xəbər verir ki, Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu hava limanının yaxınlığında qəzaya uğrayıb.

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.

Nəticədə təyyarə yanmağa başlayıb.

Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.

Ölən və yaralananların olduğu ehtimal edilsə də, hələlik rəsmi məlumat açıqlanmayıb.

Hadisə yerində xilasedici qüvvələr işləyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png