ABŞ Suriyaya zərbə endirməyə hazırdır

BMT Dəməşq ətrafında yerləşən Şərqi Qutada atəşkəsə nail ola bilməsə, ABŞ Suriyaya zərbə endirməyə hazırdır.

ONN media APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“ABŞ zəruri hallarda hərəkət etməyə hazırdır. Bu, bizim üstünlük verdiyimiz yol olmasa da, onu nümayiş etdirə bilərik. Biz buna hazırıq”, deyə N.Heyli vurğulayıb