ONN İnformasiya Agentliyi

Toy gününə az qalmış həyatını itirdi

Toy gününə az qalmış həyatını itirdi
12 Mart 2018 - 22:19

Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub.

ONN media xəbər verir ki, 25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Mərhumun yaxınlarının verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.

Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb. 

Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.

Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.

 

 

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png