ONN İnformasiya Agentliyi

DMAA-nın nümayəndə heyəti ECAC seminarında iştirak edib

DMAA-nın nümayəndə heyəti  ECAC seminarında iştirak edib
13 Mart 2018 - 12:38

ONN media xəbər verir ki, cari ilin 8-12 yanvar tarixlərində Avropa Mülki Aviasiya Konfransı (ECAC) tərəfindən Azərbaycan Respublikasında yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsi üzrə audit yoxlaması keçirilmişdir. Keçirilən auditin müsbət nəticələrini nəzərə alaraq, ECAC Katibliyi Azərbaycan Respublikasında yük daşımalarının qabaqcıl təcrübəsi barədə 20-30 dəqiqəlik prezentasiya hazırlamasını və 6-7 mart tarixlərində Fransanın Paris şəhərində keçirilən seminarda təqdim edilməsi xahişi ilə müraciət etmişdir. Yüklərin təhlükəsizliyinin təmin edilməsi mövzusunda keçirilən seminarda DMAA-nın Aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev və sektor müdiri Elçin Sadıqzadə iştirak etmişlər.

Seminarda çıxış edən Mübariz Əliyev Seminar iştirakçılarına müxtəlif çeşidli yüklərin qəbulu, emalı, rəsmiləşdirilməsi və daşınması imkanları, soyuducular, onların həcmi və temperatur rejimi, tez xarab olan yüklər üçün sahələr, qiymətli malların saxlanc otaqları, təhlükəli yüklərin yerləşdirmə imkanları və saxlanc sahələri, poçt və diplomatik poçta ayrılmış sahələr haqqında geniş məlumat verilmişdir. Seminar iştirakçılarına 2015-2017-ci illər üzrə yük və poçt daşımalarına dair statistik məlumat təqdim edilmiş, milli və xarici yük aviaşirkətləri barədə geniş məlumat verilmişdir. 

Seminarda iştirak edən Qazaxıstan Respublikasının nümayəndələri Azərbaycan Respublikasında yük daşımalarının təşkili və təhlükəsizliyinin təmini sahəsində əldə edilmiş qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə cari ilin may-iyun aylarında rəsmi səfər etmək və bu barədə DMAA-ya rəsmi müraciət etmək niyyətində olduqlarını bildirdilər.  Azərbaycan nümayəndələri əldə edilmiş qabaqcıl təcrübə ilə bölüşməyə və normativ-hüquqi sənədlərin hazırlanmsında metodiki köməkliyin göstərilməsinə hər zaman hazır olduqlarını bildirdilər.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png