Bakıda avtomobil yandı

ONN media xəbər verir ki, bu gün axşam saat 19:20 radələrində Heydər Əliyev prospektində minik avtomobili yanıb.

Hadisə şahidlərinin sözlərinə görə yanğın nəticəsində yolda nəqliyyatın hərəkəti 30 dəqiqədən çox tam məhdudlaşdırılıb.

İlkin versiyaya görə yanğına səbəb avtomobildə olan yanacaq qaz balonundan qazın sızması olub.

Hadisə araşdırılır.