Binəli Yıldırım Azərbaycana gəlib

Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib.

ONN media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar.

Türkiyə baş naziri prezident İlham ƏliyevMilli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşəcək.