Ronaldo ilə bağlı şok iddia

ONN media AzNews.az-a istinadən xəbər verir ki, Türkiyənin "Beşiktaş" futbol klubunun prezidenti Fikrət Orman maraqlı açıqlamalar verib.

"Beşiktaş" prezidenti bildirib ki, onlar azarkeşlərinin sayının 100 milyona çatması üçün çalışırlar. Daha sonra Fikrət Orman Ronaldonun da "Beşiktaş"da oynamaq istədiyini iddia edib: "Ronaldonun iki komanda yoldaşı – Quaresma və Pepe bizdə oynayır. Biz Ronaldonu da almaq istəyirik. O da bizim komandaya gəlmək istəyir".

"Beşiktaş" prezidentinin bu açıqlamasına münasibət birmənalı olmayıb.