Sumqayıtda ev yandı

ONN media FHN-nin saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıt şəhəri, H.Z.Tagıyev qəsəbəsində ümumi sahəsi 36 m2 olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.