Bakıda dəhşət: 2 nəfər maşının altında qaldı

ONN media xəbər verir ki, Binəqədi rayonu Azadlıq prospektində "KİA" markalı, 90 LO 343 dövlət nömrə nişanlı avtomobil 55 yaşlı qadını vurub.

Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb. 

Oxşar hadisə dünən gecə saatlarında Xətai rayonu, Neapol küçəsində də qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili 77 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.