Afrində vəziyyət necədir?-AÇIQLAMA

Afrində PKK-nın qərargaha çevirdiyi mərkəzi həbsxana terrorçulardan təmizlənib.

ONN media xəbər verir ki, terrorçuların Əsəd rejimi tərəfindən həbs edilən məhkumları TSQ və ASO-ya qarşı vuruşmaq şərtilə azadlığa buraxaraq həbsxanadan qərargah kimi istifadə etdikləri məlum olub.

Həbsxanada xeyli sayda silah-sursat və üzərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının loqoları olan tibbi məmulatlar ələ keçirilib.

Qeyd edək ki, TSQ və ASO bundan öncə, Afrinin mərkəzində 5 kəndi azad etdiyini açıqlamışdı.