Məşhur aktrisanı qaçırtmaq istədilər

Türkiyədə “Karımı gördünüzmü?” filiminin premyerasında gərgin anlar yaşanıb.

ONN media xəbər verir ki, gecədə iştirak edən aktrisa Berne Öztürkə pərəstişkarı hücum edib. Mert A. aktrisaya yaxınlaşaraq qolundan tutub, bayıra çıxarmaq istəyib. 

Qorxulu anlar yaşayan Berna həmkarlarının köməyi ilə fanatından uzaqlaşıb. Hadisə yerinə polis əməkdaşları gəlib, Mert A. saxlanılıb.  

Qeyd edək ki, həmin şəxs bir neçə dəfə B. Öztürkə instaqramdan mesaj yazaraq hədələyib.