Kvançdan maraqlı addım

2016-cı ildə Başak Dizerlə Parisdə ailə həyatı quran aktyor Kıvanç Tatlıtuğ şəhər həyatından bezib.

ONN media Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorla xanımı Kəmərburqaza köçüb. Sadə kənd həyatı sürmək istəyən Kıvançın evinin fotoları yayılıb. Aktyorun bura iki iti, pişiyi və quşları ilə birlikdə köçdüyü deyilir. 

Qeyd edək ki, Kıvançla Başak evləndikdən sonra Bebekdə boğaz mənzərəli evə köçmüşdülər.