Bollywood superstarı həbs oluna bilər

ONN media BBC-yə istinadən xəbər verir ki, Bollywood superstar Salman Xanı həbs oluna bilər.

Belə ki, o nəsli kəsilməkdə olan antilopu öldürdüyü  iddiası ilə 5 il azadlıqdan məhrum edilə bilər. Jodhpur'daki məhkəmə ayrıca cinayətə görə ona 10.000 rupi dəyərində pul cəzası tədbiq edib. 

Hal hazırda məşhur superstar həbsxanaya aparılıb. O ona verilən həbs qərarından imtina edə bilər.

Jurnalistlərin fikrinə görə 52 yaşlı Xan bir müddət həbsxanada olacaq.