İYİ Partiyasının liderinə sui-qəsd

İYİ Partiyasının liderinə sui-qəsd təşəbbüsü olacağı barədə məlumatlar əldə etmişik.

ONN media Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İYİ Partiyasından olan millət vəkili İsmayıl Ox deyib.

“Bu barədə ciddi məlumatlar daxil olur. Əgər bu gerçəkləşməsə, 7 iyun – 1 noyabr tarixləri arasında olduğu kimi, bombalar partladılaraq, sui-qəsdlər təşkil olunaraq, Türkiyədə bir xaos mühiti yaradılmağa çalışılacaq”, – millət vəkili bildirib.