Gənc qız bədbəxt hadisənin qurbanı oldu

19 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

ONN media xarici mətbuata istinadla xəbər verir ki, 19 yaşlı Natalie Cormack ( Natali Kormak ) ehtiyatsızlıq səbəbindən 7-ci mərtəbədən yıxılaraq ölüb.

İspaniyada barda işləyən qız evə qayıdarkən açarı işdə qoyduğunu bilib. O, evinə girmək üçün rəfiqəsinin eyvanına çıxıb. Lakin əli sürüşən Natali 7-ci mərtəbədən aşağı düşüb. O, binanın birinci mərtəbəsində tikilən restoranın terrasına düşüb.

Onun həyatını xilas etmək mümkün olmayıb.