Safurə Əliyevanın görünüşü dəyişdi

"Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyeva görünüşündə dəyişiklik edib.

ONN media xəbər verir ki, keçmiş müğənni saçlarını qaraldıb. Yeni görünüşündə şəklini İnstaqramda yerləşdirən S.Əliyeva fotolardakı şərh bölməsini bağlayıb.

Qeyd edək ki, Safurə son vaxtlar sosial şəbəkədə ən aktiv istifadəçilərdən olub. O, tez-tez şəkillər paylaşır.

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurə həyat yoldaşı ilə də şəkillərini yayımlayıb.