Sürücülük vəsiqələri ləğv edilir

Avstraliyada sürücülərin sürücülük vəsiqəsi gəzdirmək məcburiyyəti ləğv edilir.

ONN media Ölkə.az-a istinadla xəbər verir ki, artıq rəqəmsal sürücülük vəsiqələri Yeni Cənubi Uels əyalətinin Dubbo şəhərində istifadə edilməyə başlayıb.

Maliyyə naziri Viktor Dominello məsələ ilə bağlı açıqlama verib. Nazir qeyd edib ki, rəqəmsal sürücülük vəsiqələrinin bütün ölkədə yayılması üçün parlament qanun qəbul etməlidir. Artıq 400 nəfər rəqəmsal sürücülük vəsiqəsindən istifadə edir.

Bu vəsiqədən istifadə etmək üçün sürücülər telefonlarına bir mobil tətbiq yükləməlidirlər.