Türkiyə İsrailin Ankaradakı səfirinə “Təl-Əvivə geri dön” dedi

İsrailin Ankaradakı səfiri Eitan Naeh Xarici İşlər Nazirliyinə çağırılıb.

ONN media Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfirə İsrailin atdığı addımlarla bağlı etiraz edildiyi, bu səbəbdən də səfirin öz ölkəsinə geri dönməyinin daha uyğun olacağı bildirilib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Eitan Naehə Türkiyənin Təl-Əvivdəki səfiri Kamal Ökemin də məsləhətləşmələr üçün Türkiyəyə çağırıldığı bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Təl-Əvivdəki səfirliyi Qüdsə köçürülüb. Bu isə Fələstinin böyük etirazına səbəb olub. İsraillə Fələstin arasındakı gərginlik səbəbindən 60-a yaxın fələstinli ölüb, 2770-dən çox fələstinli isə yaralanıb. Bu səbəbdən Türkiyə ölkədə 3 günlük matəm elan edib.