Özbәkistanda sel fәlakәti nəticəsində 5 nəfər ölüb

Özbəkistanın cənubunda baş verən sel fәlakәti nəticəsində 5 nәfәr hәlak olub.

ONN media TRT-yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Özbəkistanın Kaşkadәrya vilayətinin Çıkarçı qәsәbәsindә baş verib.

Hazırda nazirliyin əməkdaşları tərəfindən xilasetmə әmәliyyatları aparılır.