ABŞ-da helikopterdə HADİSƏ

ABŞ-ın Texas ştatında hərbi helikopterlə daşınan silah-sursat konteyneri orta məktəbin üzərinə düşüb.

ONN media xəbər verir ki, hadisə El-Paso şəhərində baş verib.

Qeyd olunur ki, konteyner məktəbin damını zədələyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Konteynerin hansı səbəbdən qopması məlum deyil, insident araşdırılır.