Arda Turanın həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Məşhur futbolçu Arda Turanın həyat yoldaşı Aslıhan Doğan xəstəxanaya yerləşdirilib.

ONN media xarici KİV-ə istinadən məlumat verir ki, Aslıhan idman zalında məşq edərkən başına plates alətinin dəmiri düşüb. 

Dərhal xəstəxanaya aparılan Aslıhanın başına 18 tikiş atılıb. Bir müddət həkim nəzarətində qaldıqdan sonra isə xəstəxanadan çıxarılıb.

Qeyd edək ki, cütlüyün 2 ay əvvəl toyu olmuşdu.