Celalabadda 3 partlayış- ÖLƏNLƏR VAR

Əfqanıstanın Celalabad şəhərində baş verən üç partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

ONN media Trend-ə istinadla xəbər verir ki, partlayışlar şəhər stadionunda kriket üzrə matç zamanı baş verib. Ölənlər arasında yarışların təşkilatçısı və şəhər merinin müavini də olub.